Voleybolçularımız Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

23 May 2018 22:56 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması ikinci qarşılaşmasına da Bakıda çıxıb.

İlk turda Ukraynaya 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Portuqaliya voleybolçuları olub. Komandamız görüşdə aşkar favorit olsa da, ukraynalılarla matçdakı kimi yenə ilk seti uduzub.

Lakin növbəti setlərdə qonaqlar yığmamızın inamlı oyunu qarşısında tab gətirməyib. Millimiz ardıcıl ikinci qələbəsini bayram edib – 3:1. Qeyd edək ki, qrupumuzun digər görüşündə Bolqarıstan Ukrayna ilə oynayacaq.

Qızıl Avropa Liqası

A qrupu

II tur

Azərbaycan – Portuqaliya – 3:1 (24:26, 25:17, 25:14, 25:17)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

2

2

0

6-2

193-175

6

2

Bolqarıstan

1

1

0

3-0

75-50

3

3

Ukrayna

1

0

1

1-3

93-94

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0