12 yaşlı qızı zorlayan şəxsə hökm oxundu - 13 il 6 ay

24 May 2018 11:36 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Balakən rayon Məhkəməsinin hökmü ilə 12 yaşlı qızın zorlanmasında ittiham olunan Şindiyev Elçin Qədir oğlu 13 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bahar RÜSTƏMLİ
AzNews.az