Azərbaycana gətirilən yarım tondan çox heroin tutuldu

24 May 2018 11:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilənməlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az