Kəndli və fermerlərə kredit verilməsi ilə bağlı - Yenilik

24 May 2018 12:02 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər.

"Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib.

AzNews.az