Ermənistan ordusunun Baş Qərargah rəisi işdən çıxarıldı

24 May 2018 12:37 (UTC+04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu N. Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan edib.

O bildirib ki, M. Akopyan bu gün vəzifəsindən azad olunacaq, onun yerini tutacaq şəxsin adı isə günün sonunadək məlum olacaq. N. Paşinyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi komandanlığa sabah təqdim olunacaq.

AzNews.az