Gələn il Azərbaycan iqtisadiyyatı 3% artacaq - “Moody’s”

24 May 2018 13:11 (UTC+04:00)

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə reytinq agentliyinin vitse-prezidentinin köməkçisi, analitik Petr Paklin deyib.

O bildirib ki, “Moody’s" 2018-ci ildə Azərbaycanda iqtisadi artımı 1,5%, 2019-cu ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır.

AzNews.az