“Bakı məktəblərində 10 faiz sıxlıq var” - Təhsil naziri

24 May 2018 13:25 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: “Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək”.

AzNews.az