Qana Futbol Federasiyasının prezidenti həbs olundu

24 May 2018 14:21 (UTC+04:00)

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, milli asossiasiyanın rəhbəri ölkəsinə gedərkən hava limanında saxlanılıb.

Daha əvvəl Qana prezidenti Nana Akufo-Addo K.Nyantakini dələduzluqda ittiham edərək, hüquq-mühafizə orqanlarını onun barəsində araşdırma aparmağa çağırmışdı. Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video-görüntülər var. Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq.

Qeyd edək ki, 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantaki FIFA Şurasının üzvüdür.

AzNews.az