İran Avropaya şərt qoydu

24 May 2018 16:16 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Ali Rəhbər İranın dövlət rəsmiləri ilə görüşündə bəyan edib ki, Avropa dövlətləri (Fransa, Böyük Britaniya və Almaniya) zəmanət verməlidirlər ki, heç vaxt İranın raket proqramının əleyhinə çıxmayacaq, İrandan xam neft almağa davam edəcək, iqtisadi əlaqələri xüsusilə bank sektorunda daha da genişləndirəcəklər.

Əli Xamneyi qeyd edib ki, bu şərtlər qəbul edilsə, İran nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ilin iyununda imzalanmış razılaşmadan çıxmayacaq. Əks təqdirdə, İran nüvə proqramını bərpa edərək uranın zənginləşdirilməsini davam etdirəcək.

ABŞ-ın razılaşmadan birtərəfli qaydada çıxmasına toxunan Ali Rəhbər bildirib ki, bundan sonra Amerikaya inanmaq mümkün deyil.

AzNews.az