Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

24 May 2018 18:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, siyahıda Gürcüstan (11), Rusiya (6), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.

Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.