Putin sanksiyaların mənfi təsir göstərdiyini etiraf etdi

25 May 2018 09:08 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bu dünya iqtisadiyyatına ziyan vururmu? Vurur. Bu gün Forumda bu məsələ xeyli müzakirə edilir. Sabah da bu barədə danışacağıq”, - deyə Putin Rusiya-Fransa danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

“Forumun əsas şüarlarından biri dünya iqtisadiyyatını siyasi təsirdən azad etmək, dünya iqtisadiyyatını legitim vasitələrlə inkişaf etdirməkdir”, - deyə V.Putin bildirib.

AzNews.az