Meksikada daha bir jurnalist öldürüldü

25 May 2018 12:00 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Financiero” qəzetinin əməkdaşı olan Alisiya Dias Qonsales boyun nahiyəsindən aldığı çoxsaylı bıçaq zərbələri ilə evində öldürülüb. 52 yaşlı qadının meyitini ilk olaraq oğlu aşkarlayıb.

İnsan haqları üzrə Milli Komissiya prokurorluğu jurnalistin qətli ilə bağlı dərhal araşdırmaya başlamağa və lazım gələrsə ailəsini qorumağa çağırıb.

Qətlin motivi hələ ki, bəlli deyil.

AzNews.az