ABŞ İrana yenidən sanksiya tətbiq etdi

25 May 2018 12:29 (UTC+04:00)

“Report” xəbər verir ki, məlumatı “France Press” agentliyi yayıb.

Həmin mülki aviaşirkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilə əlaqədə olduqları üçün sanksiyaya məruz qalıblar.

Məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyinin "qara siyahı"sında İranın “Mahan Air”, “Caspian Air”, “Meraj Air” və “Pouya Air” hava yollarının adları var.

Eyni zamanda İran və Türkiyənin 9 fiziki və hüquqi şəxsi bu şirkətlərin təyyarələrinə ehtiyat hissələri əldə etməyə yardım göstərdikləri üçün sanksiyaya məruz qalıblar.

AzNews.az