“Bakı gözəli”nin finalında dava düşdü - Video

25 May 2018 13:09 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, ikinci gözəl seçilən Lalə Aslanova tutduğu yerə etiraz edir.

O, seçimlərin düzgün həyata keçirilmədiyini, birincilik üçün müəyyən məbləğ ödədiyini iddia edib. Lalə bundan sonra tacını yerə ataraq təşkilatçılarla mübahisə edib.

Qeyd edək ki, gözəllik yarışmasının qalibi Zəhra İsayeva olub. Hətta o, instaqramda mövzu ilə bağlı açıqlama verib: “Bu da səviyyəsiz qadının mənim üzərimdən reklam qazanmaq istəyi… Təssüf ki, qalib yenə də mən oldum”.

AzNews.az