Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

25 May 2018 13:15 (UTC+04:00)

"APA-Economics"in məlumatına görə, vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahatın mahiyyəti vahid əmək haqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur.

"İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir", - deyə M.Cabbarov vurğulayıb.

AzNews.az