132 nəfər dövlət qulluğuna qəbul imtahanından keçdi

25 May 2018 14:24 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsahibələr Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcər Rayon Məhkəməsi, Şamaxı Rayon Məhkəməsi üzrə keçirilib.

Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (43) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110) tərəfindən təqdim olunub. Təqdim olunan ən yüksək vəzifə Səhiyyə Nazirliyində Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə, bu günədək Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibə üzrə 137 namizəd vəzifəyə uyğun bilinib.

AzNews.az