Əfv sərəncamının icrası başa çatdı

25 May 2018 14:30 (UTC+04:00)

APA-nın məlumatına görə, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır.

AzNews.az