Dünyada yeni ölümcül virus yayıldı - Fotolar

25 May 2018 14:35 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, virusdan ölənlər xüsusi təhlükəsizlik tədbirləri altında torpağa tapşırılırlar.

Qurbanların yaxınları və həkimlər xüsusi qoruyucu geyimlərlə cənazələri dəfn edirlər. ABŞ-ın biotexnologiya şirkətləri təcili şəkildə virusa qarşı peyvənd yaratmağa çalışsalar da, hələ ki, nəticə əldə edilməyib. Mikroba qarşı erkən müalicə xəstələrdə qızdırma və xəstəliyin şiddətini qismən azaltsa da, ölümləri əngəlləmir. Nipah virusu qripə bənzər - qızdırma, baş ağrısı, boğaz ağrısı və əzələlərdə ağrı kimi əlamətlərə özünü göstərir.

İlk dəfə Malayziyanın Nipah bölgəsində qeydə alınan virusun bioloji silah olmasına dair iddialar da var.

AzNews.az