Robotların yemək bişirdiyi restoran açıldı

25 May 2018 15:16 (UTC+04:00)

Belə ki, Trend-in məlumatına görə, bu restoranın özəlliyi ondadır ki, burada yemək hazırlanma prosesi robotlar tərəfindən həyata keçirilir.

“Spyce” adı verilən restoranda əsasən salatlar təklif olunur.

Qeyd olunur ki, restoran Massaçusets Texnoloji İnstitutunun dörd tələbəsi tərəfindən açılıb. Gələcəkdə restoranın menyusunda daha çətin yemək növlərinin yer alacağı planlaşdırılır.

AzNews.az