“LUKOİL” bu yataqların işlənilməsi ilə bağlı SOCAR-la danışıqlar aparır

25 May 2018 16:22 (UTC+04:00)

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə, "LUKOİL" SOCAR-la Ümid və Babək yataqlarının işlənilməsi ilə bağlı danışıqlar aparır: “Biz yeni aktivlərə ümid edirik. "Ümid-Babək" layihələrinə baxırıq. Danışıqların uğurla nəticələnəcəyinə ümid edirəm”.

AzNews.az