Göygöldə yük maşını aşıb, iki nəfər ölüb

26 May 2018 09:14 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Mollacəmilli kəndi ərazisində yük maşınının aşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılan zaman ölüb. Daha bir nəfər xəsarət alıb.

Onların şəxsiyyətləri hələ ki, məlum deyil.