Bakıda qadın 3-cü mərtəbədən yerə yıxılıb

26 May 2018 09:36 (UTC+04:00)

“Report” xəbər verir ki, 1972-ci il təvəllüdlü Sadıqov Aynur Əkrəm qızı İ.Yusifov küçəsində yaşadığı mənzilin eyvanında ikən ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib