Gəncə sakinini ilan sancıb

26 May 2018 10:09 (UTC+04:00)

Apa-nın məlumatına görə, Gəncənin Natəvan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Həsənov Mehman Balaca oğlunu evinin həyətində ilan sancıb. Xəstəxanaya çatdırılan şəxsin vəziyyəti normaldır.