Əfv sərəncamı İlham Əliyevin humanizm siyasətinin davamıdır - Deputat

26 May 2018 10:17 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu sərəncam Prezident İlham Əliyevin humanist siyasətinin, eyni zamanda, ölkə vətəndaşlarının mənən sağlam, düzgün həyat tərzi keçirməsi ilə bağlı istəyinin daha bir göstəricisidir:

“Bu əfv sərəncamı Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşına diqqətinin təzahürüdür. Bu sərəncam yüzlərlə ailənin böyük sevincinə səbəb oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.