Finlandiya prezidentindən təbrik

26 May 2018 15:25 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".