Naxçıvanda 5 məhkum əfv olundu

26 May 2018 15:30 (UTC+04:00)

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.

Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri Ali Məclisin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.

AzNews.az