Koreya liderləri yenidən görüşdülər

26 May 2018 16:45 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Görüş mayın 26-da yerli vaxtla saat 15:00-dan 17:00-dək iki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutub.

Dövlət başçıları aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər. Prezident Mun Ce-in yaxın saatlarda görüşdə əldə olunan nəticələr barədə açıqlama verəcək.

AzNews.az