Komitə sədrinin Türkiyə səfəri yekunlaşdı

26 May 2018 20:49 (UTC+04:00)

Komitədən AzNews.az-a bildiriblər ki, səfər çərçivəsində F.Muradovun iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycanın dəyərli rəssamlarının əsərləri nümayiş olunub.

Daha sonra komitə sədri Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə maraqlanıb.