Rüstəm Qasımov Azərbaycan çempionu oldu

26 May 2018 21:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, körpücük üzərinə ən son 17 yaşadək oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.

Bu çəki dərəcəsində toplam 250 kiloqram (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kiloqram (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kiloqram (90+115) nəticə ilə Novruz Muxtarlı əldə ediblər.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet gücünü sınayır.