"Mövcud status kvo həll variantı deyil" - Fransa XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsi barədə

27 May 2018 13:59 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Fransalı nazir deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var:

"Mövcud status kvo həll variantı deyil. Biz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".

AzNews.az