4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

27 May 2018 20:03 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı 5,6 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

4 ay ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 505 traktor, 130 minik avtomobili istehsal olunub.