"Fəhlələrüy"lə məşhurlaşan oğru azadlıqda - Video

27 May 2018 20:36 (UTC+04:00)

AzNews.az Criminal.az-a istinadən xəbər verir ki, Ş.Nəsirov bir neçə nəfərlə Lənkəranda orta məktəbdən təhsil məqsədi üçün nəzərdə tutulmuş silah-sursatı oğurlamışdı. Onlar əməllərindən peşman olduqlarını polis şöbəsində gülərək ifadə etmişdilər.

Həmin görüntülər sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş və onlar ''Youtube''da Azərbaycanın ən gülməli cinayətkarları kimi məşhurlaşmışdılar.

Görüntünün əsas "qəhrəman"larından biri olan Ş.Nəsirov artıq 4 il cəza çəkərək azadlığa çıxıb. Onun yeni görüntüsünü prodüser Təranə Səmədova yayıb.