Azərbaycan səfirinin məqaləsi Türkiyənin “Hüriyyət” qəzetində

28 May 2018 13:15 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın yüz il əvvəl qoyulan bünövrəsi” sərlövhəli məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutundan, XX əsrin sonunda dövlət müstəqilliyimizin yenidən bərpası prosesinə aid mühüm məqamlardan bəhs edilir. Müəllif yazır ki, müsəlman və türk dünyasının ilk parlament tipli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, dünya demokratik dövlətçilik tarixinə böyük töhfələr verib.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması və 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi barədə məlum sərəncamları barədə məlumat verən səfir ölkəmizin həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edir.

AzNews.az