Rəhim Qazıyev polisə aparıldı

19 Mart 2013 23:25 (UTC+04:00)
Martın 19-da Bakıda keçmiş müdafiə naziri Rehim Qazıyevi polis saxlayıb. Bu barədə Azadlıq Radiosuna Rəhim Qaziyevin qardaşı Rahab Qazıyev məlumat verib.

Rahab Qaziyev deyib ki, Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17 20-radələrində evindən AzadlıqRadosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq."

DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Rəhim Qaziyev AzadlıqRadiosunun "İşdən sonra" proqramının qonagı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib.