Gülər Əhmədovanın vəkilindən qonarar açıqlaması

20 Mart 2013 10:01 (UTC+04:00)

"Gülər Əhmədova mənə müqaviləmizə uyğun olaraq razılaşdırılmış miqdarda qonarar ödəyib və bununla bağlı aramızda heç bir problem yoxdur"

Bunu hazırda həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın vəkillərinin qonararını vermədiyi barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirən vəkil Eldar Qədimi deyib.

Vəkilin sözlərinə görə, qonarar əvvəlcədən razılaşdırılmış qaydada ödənilib: "Bu barədə məlumat yayılarkən mənimlə əlaqə saxlamaq olardı. İndiyə qədər qonararla bağlı heç bir problem olmayıb. Bundan sonra da müdafiəçisi olaraq kimi seçəcəyi Gülər Əhmədovanın səlahiyyətindədir".

Elnarə
AzNews.az