Gənc müğənninin maşınını soydular - 2 min apardılar

8 İyun 2018 10:05 (UTC+04:00)

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs D.Kazımovanın 90 OH 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.

D.Kazımova hadisə ilə bağlı bu gün səhər saatlarında polisə məlumat verib. Hazırda araşdırma aparılır.

AzNews.az