Qubada sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

12 İyun 2018 17:13 (UTC+04:00)

ETSN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.