``Lensovet``də Novruz bayramı

21 Mart 2013 14:41 (UTC+04:00)


"Lensovet" konsert salonunda təşkil olunan bayram gecəsində şəhərin qubernatoru Georgiy Poltavçenko da iştirak edib. Proqramın açılışında çıxış edən Poltavçenko bütün xalqların Novruz Bayramını səmimi sözləri ilə təbrik edib. Sankt- Petersburqun bütün xalqları və mədəniyyətləri birləşdirən bir şəhər olduğunu qeyd edən Poltavçenko bu birliyin sonsuza qədər davam etməsini diləyib. Çıxışından sonra ona təşkilatçılar tərəfindən yerli paltarlar geydirilib.

Tədbirdə bir-birindən gözəl rəqs nümayiş etdirən Sankt- Peterburq Rus-Türk Mədəniyyət Mərkəzi "Anadolu Əfsanəsi" qrupunun reallaşdırdığı Aşuk-maşuk oyunu tamaşaçılar tərəfindən maraqlı qarşılanıb. Bundan başqa, gecədə səhnəyə çıxan Şəbnəm adlı azərbaycanlı şagirdin səsləndirdiyi Ayla Dikmənə aid "Anlamazdın" mahnısı da salondakıların diqqətini cəlb edib.

Gecədə aralarında Özbəkistan, Türkmənistan, Azərbaycan və Qırğızıstanın olduğu bir çox ölkələrdən folklor qrupları da iştirak edib. Iştirakçı ölkə nümayəndələri bir-birindən gözəl Qafqaz rəqslərini böyük məharətlə ifa edib və tamaşaçılardan böyük alqış alıblar.

Xəyalə Məmmədova
AzNews.az