Azərbaycanın öz ərazisindən 4 dəfə uzun layihəsi - TANAP

13 İyun 2018 10:55 (UTC+04:00)

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili dünən Türkiyənin Əskişəhər regionunda rəsmi açılışı gerçəkləçən TANAP layihəsi barədə danışarkən dedi.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, TANAP (Trans Anatolian Natural Gas Pipeline) layihəsi artıq işə

düşür. 80%-i Azərbaycana (20%-i Türkiyəyə) məxsus olan bu boru xəttinin uzunluğu 1850 km-dir. Türkiyə ərazisində Ərdahandan Əskişəhərə qədər uzanır:

“İldə 16 milyard m³ (2026-da 31 mlrd m3) qaz nəql edəcək bu layihə dünyanın ən böyük laiyhəsi olan Cənub Qaz Dəhlizi (müəllif Prezident İlham Əliyev) layihəsinin əsas tərkib hissəsidir”.

Elgün Mənsimov
AzNews.az