Uşaq Teatrında yeni tamaşa var - Fotolar

13 İyun 2018 14:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında quruluş verilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub.

Ramaşanın rejissoru Elşən Zeynallıdır. Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Bahar RÜSTƏMLİ
AzNews.az