FIFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

13 İyun 2018 17:09 (UTC+04:00)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialdakı gəlirdən 1,3 milyard dollar çoxdur. Yayım hüquqlarından əldə olunan vəsait 2 faiz artıb. Həmçinin FIFA sponsorluq müqavilələri nəticəsində gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çinin yalnız bir şirkəti var idi.

İyunun 14-dən iyulun 15-dək davam edəcək XXI dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində keçiriləcək.

AzNews.az