"Cənub Qaz Dəhlizi" çərçivəsində IGB interkonnektorunun tikinti tarixi açıqlandı

13 İyun 2018 17:55 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Bolqarıstan energetika nazirinin müşaviri Rozen Simitçev deyib.

Nazir müşaviri bildirib ki, IGB layihə şirkəti tikinti işləri ilə bağlı tender prosedurlarının bu ilin ikinci yarısınadək başa çatdırılması üzərində çalışır:

“IGB-nin tikintisinin bu ilin sonunda başlaması və 2020-ci ilin birinci yarısında başa çatması planlaşdırılır. Layihənin ümumi dəyəri 220 milyon avro təşkil edir. Layihə artıq Avropanın enerji bərpa proqramı çərçivəsində 45 milyon avro, eləcə də Avropa struktur fondlarından 39 milyon avroya yaxın qrant əldə edib”.

Qeyd edək ki, IGB TAP layihəsinə qoşulacaq və bunun vasitəsilə “Şahdəniz” yatağından qaz Avropa bazarlarına tədarük olunacaq.

AzNews.az