Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

17 İyun 2018 15:41 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.

Sazişin imzalanması mərasimi Yunanıstanın Makedoniya və Albaniya ilə sərhədində təşkil edilib. Sazişin imzalanması mərasimində BMT-nin Afina və Skopye arasındakı mübahisənin tənzimlənməsi üzrə vasitəçisi Metyu Nimits, BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yohannes Xan iştirak ediblər.

Saziş hər iki ölkənin parlamentində səsverməyə, o cümlədən Makedoniyada referenduma çıxarılmalıdır.