ABŞ-da sərgidə atışma oldu: 20 nəfər yaralandı - Yenilənib

17 İyun 2018 17:48 (UTC+04:00)

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.

Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.

***
16:06

Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.

Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.

AzNews.az