Yük maşınından yıxılan 19 yaşlı gənc öldü

17 İyun 2018 18:02 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 11-də baş verib.

Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib.

AzNews.az