Aİ Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzatdı

18 İyun 2018 14:55 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

AzNews.az