İranda daha bir nəfər edam edildi

18 İyun 2018 16:15 (UTC+04:00)

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobus sürücüsü Məhəmməd Salas fevral ayında Pasdaran küçəsində avtobusu polislərə qəsdən çırpdığını etiraf edib və həmin zaman qəzəbli olduğunu bildirib.

Qeyd edək ki, Tehrandakı iğtişaşlar fevralda "Dərvişi Qonabadi" sufi təriqətinin lideir Nurəli Tabandenin həbsindən sonra başlayıb. Təriqət üzvlərinin səbəbkar olduğu iğtişaşlarda ümumilikdə 5 polis öldürülüb, 30-u yaralanıb.

AzNews.az