Türkiyə ordusu Menbiçə daxil olub - Yenilənib

18 İyun 2018 18:02 (UTC+04:00)

Trend-in məlumatına görə, Sacur çayında yerləşən Türkiyə ordusu bölgədə ABŞ qüvvələri ilə birgə əməliyyatlara başlayıblar.

Qeyd edək ki, bir qədər əvvəl baş nazir Binəli Yıldırım ABŞ-la Türkiyə arasında 90 günlük razılaşmanın əldə olunduğunu açıqlamışdı. Razılaşma Menbiçdən PYD və YPG silahlılarının təmizlənməsini nəzərdə tutur.

***
16:21

Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir.

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

AzNews.az