Xaçmazda ev yanıb

19 İyun 2018 17:01 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, bir otağının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.