İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

19 İyun 2018 17:29 (UTC+04:00)

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, qəza iyunun 19-da Sumatra adasının şimalında - Medan rayonu yaxınlığındakı Toba gölündə baş verib.

Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nurgroho bərədəki sərnişinlərin siyahısı tapılmadığından itkin düşənlərin sayının çox olacağından ehtiyatlandıqlarını bildirib.

Qəzanın səbəbi araşdırılır.